Category Archives: Windows Phone

A specified communication resources(port) is already in use by another application


Deploy

This error showed up when i have debugged my windows phone 8.0 app on Windows Phone Emulator (Visual Studio 2013).When this error appears,the only act you should take,it just Deploy your application.In my case,it works.

Windows Phone tətbiqə öz şriftimizi əlavə edək


Bunun bir neçə yol izləmək olar.Bunlardan biri də xaml`da FontFamily bir başa şriftin yerləşdiyi keçidi göstərməkdir :/font/font.ttf#FontAdi
Bir başqa və digər SDK`larda problem çıxarmayan statik resurs yaratmaqla hər yerdə istifadə etməkdir.Yuxardakı həll məndə bəzi problemlər çıxardı.Əvvəlcə App.xaml fayılında resurs olaraq yaradırıq.

  <Application.Resources>
        <FontFamily x:Key="FontAdiKey">/font/font.ttf#FontAdi</FontFamily>
    </Application.Resources>

/font/ – qovluğumuzun adıdır.
Burada FontAdi hissəsində mütləq şriftin adını yazmalısız.Şriftin adına baxmaq üçün onu açıb başlıq hissəsinən baxmaq yetərlidir (nümunə).Resursumuzu yaratdıqdan sonra artıq şriftimizi istifadə edə bilərik.Bunun üçün mətn tipli kontrollarda FontFamily`də resursumuzu göstərmək yetərlidir.

<FontFamily="{StaticResource FontAdiKey}"/>

Windows Phone tətbiqlərini programatik olaraq bağlamaq


Tətbiqi kod ilə bağlamaq çox ehtiyacının olan bir funksiya olmasada bəzən yüksək təhlükəsizlik istəyən tətbiqlərdə lazım olur.Məsələn bank tətbiqlərində tətbiqin bağlandığınan əmin olmaq üçün buna ehtiyacımız ola bilər.Windows Phone 8 SDK ilə gələn yeniliklərdən biridə bir sətr kodu ilə tətbiqi bağlaya bilərik.

Application.Current.Terminate();

Təəssüf ki,bu kod Windows Phone 7.* üçün işləmiyəcək.Burda bir həll var oda Microsoft.Xna.Framework sinifini çağırıb Game.Exit() kodunu yazmaqdır.Bu həll çox da məsləhət görülməsə də bir həll sayıla bilər.Sadəcə bu həlldən istifadə edərkən əmin olmaq lazımdır ki,tətbiqdə lazım olan məlumatları yadda saxlamısız əks halda məlumat itkisi olacaq.
Xatırladım ki,bu funksiyalardan istifadə edərkən Back düyməsi ilə geri qayıtmaq olmur yəni tətbiq tamami ilə bağlanır.

Windows Phone 7 üçün Json.NET


Json.Net yeni versiyasının (6.0.1) Windows Phone 7 dəstəyi yoxdur kimi görünür.Yükləmə zamanı dəstəkləmədiyi mesajını verir.Json.Net json ilə işləmək üçün ən yaxşı paketlərdən biridir.Əvvələr bu paketi istifadə etdiyimi xatırlıyıram həm də Windows Phone 7 (F v4.0).Əvvəl ki versiyanı yükləmək üçün Visual Studio`da Package Manager Console`də aşağdakı əmri işlədin :

Install-Package Newtonsoft.Json -Version 5.0.8

Windows Phone TextBox ikili effekt


TextBox`un ikili effekt adlandırdığım bu funskiyası bəzən işimizə yaramıya bilər TextBox1_TextChanged eventində hər hansı yoxlama etdikdə məsələn : TextBox`a yazılan rəqəmin 6`dan çox olmamasını istəyirsiz bu zaman textbox eventində təxmini belə bir kod yazsaq :

if (Convert.ToInt32(TextBox1.Text) > 6)
 {
 MessageBox.Show("Maksimum 6");
 }
 else if (Convert.ToInt32(TextBox1.Text) < 6)
 {
 }

TextBox

Nəticə normal olacaq sadəcə siz textbox`a 9 yazmaq istədiyinizdə Maksimum 6 mesaj iki dəfə təkrarlanacaq.Əgər siz Microsoft Blend ilə TextBox`u edit template etsək (Object->Edit Template->Edit a Copy) o zaman görərik ki orda ikinci TextBox var.DisabledOrReadonlyBorder adlanan bu bölməni silərsək mesajımız bir dəfə görünəcək.

Proqramçılar üçün Windows Phone telefonu qeydiyyat


Əgər siz windows phone üçün tətbiq yazırsızsa bəzən tətbiqi real telefon üzərində yoxlama ehtiyacı yarana bilər.Bunun üçün telefonu qediyyatdan keçirmək lazımdır əks halda real device üzərində işləmiyəcək.Bunun üçün aşağdakı ardıcılığı izləmək yetərlidir.Qeydiyyat üçün Visual Stuido və Windows Phone SDK yüklü olmalıdır.Əvvəlcə USB kabel vasitəsi ilə komputerimizə telefonumuzu qoşuruq.Telefonu LockScreen rejiminən çıxarırıq.Bunları etdikdən sonra komputerimizdə Windows Phone Developer Registration proqramını açırıq. Bu proqram SDK ilə birliktə yüklənir.
ps1

Əgər telefonuvuz LockScreen rejimindədirsə onda şəkildə ki  xəta verəcək.

ps2

Əks halda qeydiyyat üçün hazır  vəziyyətə gələcək:

ps3

Daha sonra Register düyməsini sıxırıq və Microsoft hesabımıza girməyimizi tələb olunacaq daxil olurduqdan sonra uğurlar qeydiyyatdan keçdiyiniz bildiriş gələcək.

ps5

ps4

Hackathon Azerbaijan «WinPhone 2» II yer


winphone2Bildiğiniz kimi Hackathon Azerbaijan «WinPhone 2»  yarışı keçirdi.Yarışıq mənim üçün çox maraqlı və əyləncəli oldu.Sosyal bir insan olmadığımnan biraz insan içinə çıxanda qəribə olmuşdum nəysə ki,səmim mühit var idi və tez vaxtda uyğunlaşmağa çalışdım.Tətbiqim azinfomap adlanırdı.Səhv etmirəmsə 52 gün vaxt var idi,yorucu olmayan,istifadəçini sıxmayan,rəngli,sadə və məlumat dolu bir tətbiq yazdığıma inanıram.Tətbiq bölgələrimiz haqqında intelektual formada geniş məlumat verir.
13 mart tarixində «JW Marriott Absheron» otelində final günü oldu.Nəticələr açıqlandı və II yerə layiq görüldüm.Yarışda özümə daha çox faydalı bildiyim bəzi təcrübələr öyrəndim.Tətbiqim Windows Phone Store`də yayımlandı,tətbiqin şəkillərinədə orda baxa bilərsiz həmçinin Windows Phone telefonunuz ilə yükləyə bilərsiz.Yarışın rəsmi saytında yarış günləri,şəkilləri və videoları ilə tanış ola bilərsiz : http://winphone2.hackathonazerbaijan.org/
azinfomap Windows Phone Store`də
Tətbiqin videosu :

Tətbiqin təqdimatı: