Tag Archives: Visual Studio

Windows Phone Resource və Content


VS_Resource_Content
Bu iki Built Action seçənəkləri haqqında əfsanələr çox yayılıb,bəziləri performans üçün Resource istifadə etmək lazım olduğunu,bəziləri isə tam əksini yazır.Əvvəlcə Resource və Content nə olduğuna baxaq.
Şərtli olaraq bir şəkili layihənizə əlavə edin daha sonra üzərində sağ klik edib Properties seçin Advanced bölməsində Build Action görəcəksiz.
Build Action – Content seçdiyiniz halda şəkil xap faylı içərsində görüləcək.Yəni layihəadı.dll`dən kənarda olacaq və 2ci şəxslərində o şəkli götürmək və ya dəyişdirsə problemlər yarana bilər.XAP`ın içərsində ki,şəkli kim dəyişəcək diyə fikirləşmiyin çünki dəyişənlər,tətbiqinizi araşdıranlar və s. mütləq olacaqdır :]
Tətbiq açıldığı zaman .dll faylımız çağırılır və kodlar işlədilir bu zaman dll faylının həcmi az olduğunan tətbiqiniz daha sürətli açılır.Lakin şəkli hər hansı bir yerdə istifadə etmişiksə o zaman tətbiq xap içərsində şəkili axtarır bu zaman isə bəyaqkı halın əksinə performans azalması ola bilər.

// Content seçildiyi halda şəkilə müraciət forması XAML`dan.
<Image Stretch="None" Source="/sekil/bayraq.png"/>

Build Action – Resource seçdiyinizdə şərti qəbul etdiyimiz şəkil xap faylı içərsində yerləşən layihəadı.dll içərsində olacaqdir .
Tətbiq açıldığında .dll faylı yüklənir və bu o deməkdir ki,artıq biz şəkili isitfadə etmədiyimiz haldada şəkil tətbiq açıldığında yüklənir və istifadəyə hazır olur.Şəkili isitfadə etdiyimiz yerlərdə isə dll içərsinən həmin şəkilə müraciət olunacaq.Buda tətbiqin performanslı işləməyinə səbəb kimi göstərilir.Resource seçdiyimiz halda normal olaraq dll faylının həcmi artığına görə tətbiqin ilk açılışında performans azalması ola bilər.

// Resource seçildiyi halda şəkilə müraciət forması XAML`dan.
<Image Source="/LayihəAdı;component/sekil/bayraq.png"/>

StyleCop ilə kodlarınız daha sürətli oxunsun


StyleCop burdan yükləyə bilərsiz.Program kodlarınızın daha sürətli oxuna bilirliyini artırır.Bu gün yoxladım çox bəyəndim biraz StyleCop yazdığı kimi kodları optimasya elədim,ilk dəfə yoxlayanda kodlarınız üçün şərh yazmağı tələb edir mən bunu yığışdırdım siz istəsəz tam optimal kod yaza bilərsiz.Burda izah olunub səhvləri necə düzəltməli və nə üçün düzəltməli.Lahiyənin üzərində sağ klikləyıb Run StyleCop klikləməklə analizə başlanır daha sonra optimasyalara başlaya bilərsiz.Bir neçə şəkil əlavə edim görüntü olsun :] Şəkillər burdandır.